Partiya sədri: 190 manat verilməsinə narazılıq edən deputatlar, 550 manatın alınmasına etiraz etmirlər

Azərbaycanda statistikaya görə, COVİD-19-a yoluxma halının azalması tətbiq olunan sərt karantin rejimin nəticəsidir.
Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında deyib.
Fuad Əliyev bildirib ki, bu gün olduğu kimi epidemioloji vəziyyət stabil olsa, sağalanların sayı coxalsa, Operativ Qərargah karantin rejimini yumşalda bilər:
"Mən ümumiyyətlə, karantin rejimin uzadılmasının tərəfdarı olmuşam. Bununla bağlı təkliflərimi də vermişdim. Karantin rejimin yumuşadılmasından sonra, sərt karantin rejimi tətbiq etdilər. Bu da nəticəsini verdi. Yoluxanların sayı azalıb, sağalanların sayı isə çoxalıb. Fərq 400 nəfər edir. Hesab edirəm ki, Operativ Qərargah yumşaldılmaya gedəcək.”
Daha sonra ALDP sədri rayonlara gediş-gəliş üçün yolların açılması, çimərliklərin və ticarət obyektlərin açılmasını vacib hesab etdi.
“Payız aylarında qrip növlü xəstəliklər çoxalır. Bunun qarşısı indidən alınmalıdır. Yay fəslinin bitməsinə bir ayı qalıb. Hesab edirəm ki, Operativ Qərargah yoluxanların sayın azalması, bu müsbət tendensiyanı nəzərə alıb rayonlara gedişi təmin etməlidir, çimərliklərə getmək qadağasl ləğv olunmalıdır. Bu öz müsbət nəticəsini verəcək. Bu da payız və qışda ehtimal olunan qrip və digər viruslu kütləvi xəstəliklərin qarşısını alacaq. Amma vətəndaşlar da məsuliyyətli olmalıdırlar, sosial məsafəyə riayət etmək, tibbi maskadan istifadə edib və gigiyenik qaydalara əməl etməlidirlər.”
Karantin dövründə Qurban bayramının keçirilməsi və vətəndaşların problemlərlə üzləşdiyini deyən Fuad Əliyev bildirib ki, Qurban bayramını keçirmək üçün normal şəraitin yaradılması əvəzinə, əksinə etdilər, daha da çətinləşdirdilər. Vətəndaşlar qurbanlıq kəsmək üçün yer tapmadılar. Hətta rəsmi olan ət dükanlarında belə qoyun kəsmək icazə verilmədi. Bəzi qəssablar gizlin yerlərdə bu prosesi həyata keçirməyə məcbur oldular. məcbur oldular Saatlarla növbədə duranlar oldu. Narazılıq yarandı, mübahisələr oldu. Niyə bu müqəddəs bayramı biz problemlə qeyd etməliyik:
“İmkanı olanlar, qurban kəsib payı imkansızlara verməlidirlər. Yəqin ki, deputatları “imkansızlara” aid etmək olmaz. Amma onlar Qurban bayramına görə nə az nə çox düz 550 manat alıblar. 190 manat verilməsinə narazılıq edən deputatlar, 550 manatın alınmasına etiraz etmirlər. Özünü “müxalifətçi” kimi cəmiyyətə sırıyan, özünün dediyi kimi parlamentə “gedib düsdüm də”, “mən siyasətçi deyiləm, orda ekspert kimi iştrak edirəm”, deyən, buna etiraz etmir. Yenə də deyəcək ki, “mən etiraz etsəm kimsə xoşbəxt olacaq”. Bəli, bu əlavə bayram pullara görə etiraz etməlisiz, rəsmi imtina etməlisiz. Digər deputatlara müraciət etməlisiz ki, bu bayram pullarından imtina etsinlər. Sizin xəbəriniz var ki, camaat necə yaşayır, necə dolanır? Əlbəttə ki, yoxdur".

0.17026305198669