Həbs düşərgəsi olmuş məkanda kütləvi məzarlıq aşkar edilib

Rusiyanın Pskov vilayətində keçmiş həbs düşərgəsi yerləşən ərazidə 50 insanın skeleti aşkar edilib.

Gazeta.ru xəbər verir ki, bu barədə Pskov vilayətinin “VKontakte” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

İnsan qalıqları müayinə üçün Pskov vilayətinin istintaq komitəsinə göndəriləcək.

Mütəxəssislər kütləvi məzarlıqda giliz və güllələr də aşkar ediblər.

0.40064096450806