Fərhad Mirzəyev: “Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

“Keçmiş SSRİ respublikalarının sərhədlərinin heç bir şəkildə birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir”

Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşdiyi bir zamanda, beynəlxalq hüquq üzrə çoxsaylı “mütəxəssislərin” meydana çıxdığını müşahidə edirik. Təəssüf ki, əksər hallarda belə “mütəxəssislərin” verdiyi rəylər dəqiqliyi və dolğunluğu ilə seçilmir və bəzən ictimaiyyətimizə yanlış fikirlər təqdim edilir.

Bu səbəbdən AYNA bəzi suallara aydınlıq gətirmək məqsədilə, uzun müddət Böyük Britaniyada yaşayan və postsovet məkanına dair beynəlxalq hüquqda ərazi və sərhəd mübahisələri və münaqişələri üzrə mütəxəssis, hüquq elmləri üzrə fəlsəfə doktoru, həmyerlimiz Fərhad Mirzəyevə müraciət etdi.

Qeyd edək ki, F.Mirzəyevin xaricdə postsovet məkanında mövcud münaqişələrə, o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı elmi işləri dərc edilib.

- Ümumiyyətlə, Tovuz istiqamətində Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- Tovuz rayonundakı son hadisələr Azərbaycana qarşı hərbi təcavüz kimi qiymətləndirilməlidir. Bu, bilavasitə BMT Nizamnaməsində təsbit olunmuş fundamental beynəlxalq hüququn əsas prinsiplərinin pozulması deməkdir. Qeyd olunmuş halda güclə hədələmək və gücün tətbiq edilməməsi, dövlət sərhədlərinin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarına və əsas azadlıqlarına hörmət prinsipləri kimi prinsiplərin pozulması açıq-aşkar yer almaqdadır. Bundan əlavə, Ermənistanın Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində qoşulduğu çoxsaylı konvensiya və regional sazişləri pozduğunu da qeyd etmək lazımdır.

0.88282489776611