Mövlud Çavuşoğlu: “Azərbaycandan adığımız qazın həcmini artıracağıq”

“Azərbaycandan alacağımız qazın həcmini daha da artıracağıq”.

Bakunews.media xəbər verir ki, bunu Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin birgə mətbuat konfransında Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, nəqliyyatla əlaqəli layihələrdən əlavə, prioritet hesab edilən iki layihə var: Qars-Naxçıvan dəmir yolu və təbii qaz layihəsi.

Türkiyəli nazir bildirib ki, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə də müzakirələr aparılıb:

“Ceyhun qardaşımız əvvəllər təhsil naziri olduğu üçün bu mövzuları çox yaxşı bilir”.

0.28650808334351