Torpaqlarımız işğalçı erməni-terroristlərdən tam azad olunmalıdır- Partiya Bəyanat qəbul edib
Baku News xəbər verir ki Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) bəyanat qəbul edib. Bəyanatda deyilir:
2020-ci il oktyabrın 10-dan humanitar məqsədlərlə bağlı Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, ermənilər növbəti dəfə razılaşmanı pozaraq, mülki əhalini hədəfə alıb. Belə ki, oktyabrın 11-i gecə saatlarında yenidən Mingəçevir və Gəncə şəhərini raket zərbələri ediblər. Nəticədə Gəncə şəhərində çoxmənzilli yaşayış binası dağıdılıb, dinc sakinlərimiz arasında çoxsaylı ölən və yaralanlar var.
Bununla Ermənistan öz vəhşiliyini bir daha sübut etmiş oldu və Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı soyqırım və vandalizm siyasəti davam edir.
ALDP hesab edir ki, beynəlxalq hüquq prinsiplərini, Cenevrə Konvensiyası və digər protokolları kobudluqla pozan işğalçı Ermənistana daha ağır zərbələr endirilməli, Azərbaycan ordusu anti-terror əməliyyatlarını davam etdirməlidir. Torpaqlarımız işğalçı erməni-terroristlərdən tam azad olunmalıdır. Bizim geriyə yolumuz yoxdur, işğalçı üzərində tam qələbəyə nail olunanadək mübarizə aparmalıyıq. Bu məsələdə hamımız birlik, həmrəylik nümayiş etdirməliyik. Biz birlikdə güclüyük.
ALDP Gəncə şəhərində dinc əhali arasında həlak olanların ailələrə başsağlıq verərək, ölkədə matəm günü elan olunmasını təklif edir.
Tanrı Azərbaycan xalqı qorusun!