Partiya sədri: Biz 27 ildir ki, humanist olduğumuzu göstərmişik
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.
- Fuad müəllim, Azərbaycan Liberal Demokrat Partiyası xaricdə fəaliyyət göstərən bir sıra partiya və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirsiz. Onların Dağlıq Qarabağda aparılan anti-terror əməliyyatlara yanaşması necə oldu? Misal üçün ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər və bəzi beynəlxalq təşkilatlar məsələyə laqeyd yanaşır.
- Birincisi onu deyə bilərəm ki, xarici ölkələrdə fəaliyyət göstərən və bizimlə əməkdaşlıq edən partiyaların əksəriyyəti birmənalı olaraq bizi dəstəkləyirlər. Niyə? Çünki biz beynəlxalq hüquqa əsaslanıb işğalda olan tarixi torpaqlarımızı azad edirik. Ermənilərin bölgəyə gəlmə xalq kimi, tarixi sübutlar təqdim etmişik. Yeri gəlmişkən, bu gündə 10-dan çox beynəlxalq təşkilata ermənilərin hərbi təxribatlarıyla bağlı məlumatlar göndərmişik. Ordumuzun uğurlu anti-terror əməliyyatlarla yanaşı, partiya olaraq hakimiyyətin apardığı uğurlu informasiya müharibəsinə öz tərəfimizdən töhfə veririk. O ki, qaldı ATƏT-in Minsk grupuna, onların bizə qarşı qərəzli olduğunu 27 il ərzində gördük. Amma Azərbaycan uğurlarını artırdıqca, tərəfdarları da çoxalır. Ona görə ki, biz ədaləti bərpa edirik.
- Fuad müəllim, erməni vandalları, Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutdu. Bəzi ölkələr buna bir reaksiya vermədi.
- Bu, mülki əhaliyə qarşı terror aktıdır, hərbi cinayətdir, xalqımızın növbəti soyqırımıdır!. Bu, Cenevrə Konvensiyalarının müddəalarına zidd əməllərdir. Həmçinin, insanlıq əleyhinə cinayətlərin göstəricisidir. Bunu heç vaxt unutmaq lazım deyil və isti-isti dünya ictimaitinə çatdırmalıyıq. Bunu törədən erməni faşıstləri cavab verməlidirlər. Azərbaycan tərəfi olaraq Ermənistana qarşı sanksiyaların tətbiq olmasına nail olmalıyıq. Bu cinayəti törədənlər Beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Siyasi partiyalar və QHT bu istiqamətdə ciddi iş aparmalıdırlar.
-Çox az sayda azərbaycanlı tapılar ki, müharibənin dayandırılmasını, münaqişəni sülh yolu ilə həll olduğunu istiyər. Liberal Demokrat Pariyasının sədri kimi, buna münasibətiniz necədir?
-Əslində Vətən, torpaq uğrunda müharibə gedən vaxtda nə liberal-demokrat partiyasının, nədə ki, başqa partiyanın üzvü olmalısan. Biz hal-hazırda hamımız əsgərik, hamımız ordumuzun ətrafında sıx birləşməliyik və orduya dəstək verməliyik. O ki, qaldı humanistlik baxımdan, biz 27 ildir ki, humanist olduğumuzu göstərmişik. Artıq erməni terroristlərə cavab vermək vaxtıdır. Ordumuz da bu şərəfli missiyanı həyata keçirir. Şanlı ordumuz Qarabağı Azərbaycana qaytarır.
-Fuad müəllim, xaricdə yaşayan azərbaycanlıların keçirdiyi aksiyaları necə qiymətləndirərsiz?
-Çox yüksək səviyyədə qiymətləndirirəm. Bizim soydaşlarımız orduya dəstək verirlər. Məndə olan məlumata görə, demək olar ki, hər gün ABŞ və Avropanın müxtəlif şəhərlərində aksiyalar və tədbirlər keçirirlər. Çox sevindirici haldır ki, bu aksiyalarda digər millətlər də qoşulur, bizə dəstək verirlər. Deməli, biz həm də informasiya müharibəsində qalib gəlirik.