Ermənistan dəstəyi Suriya və Livan terrorçularından alır-ALDP sədri

"Rusiyada olan diaspora təşkilatalarının səssizliyinə təəssüflənirəm".

Bunu Hafta.az-a ALDP sədri Fuad Əliyev Ermənistanın bu gün axşam Gəncəyə növbəti dəfə atdığı qadağan olunmuş raketin faciəli fəsadları və dünya ictimaiyyətinin bu məsələ ilə bağlı sərgilədiyi laqeydliyi ilə bağlı açıqlamasında bildirib.

F.Əliyev bildirib ki, bu gün hər bir ictimai-siyasi təşkilat, bütövlükdə Azərbaycan, Ermənistanın ölkəmizə qaşı həyata keçirdiyi cinayətlərə görə səfərbər olmalıdır.  Partiya sədri bildirib ki, ALDP ermənilərin Gəncə terrorunu  pisləməklə yanaşı, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmək baxımından fəaliyyətlərini davam etdirir.

“Ermənistanın Gəncəyə atdığı raketlər, törətdiyi genosid,  ermənilərin faşist ideologiyasından xəbər verir.  Sentyabrın 27-dən başlayaraq Ermənistanın hərbi hücumları və törətdiyi cinayətləri barədə mütəmadi olaraq xarici ictimaiyyətə məlumatlar ötürmüşük və bu gün Gəncədə törədilən 2-ci terrorla bağlı dünya ictimaiyyətinə məlumatlar ötürəcəyik. Beynəlxalq təşkilatların məsələyə sərt reaksiyasını almaq üçün bütün ictimai-siyasi təşkilatlar öz sözünü deməlidir. Erməni terroru Azərbaycanda fəaliyyət göstərən səfirlikllərə göstərilməli və Gəncədə baş verən terror aktlarının genosid kimi rəsmiləşdirilməsinə nail olmalıyq.  Əlimizdə beynəlxalq məhkəməyə müraciət etmək üçün kifayət qədər faktlar, sənədlər var.  Biz mütləq Beynəlxalq məhkəməyə müraciət etməliyik.  Bu günlərdə məsələ ilə bağlı yığışacaq BMT TŞ-sı mütləq Ermənistanın cinayətlərinə qarşı öz sözünü deməlidir”.

Partiya sədri bu gün Füzulinin alınması ilə bağlı Ali Baş Komandanın xalqa müraciətini yüksək ruh yaradan xüsusi məqam kimi qeyd edib.

“Ordumuz Füzuli rayonunu azad edib. İnanıram ki, biz bütövlükdə işğal altında qalan bütün Azərbaycan torpaqlarını tezliklə işğalçılardan azad edəcəyik. Faşist erməniləri Azərbaycan torpaqlarından çıxaracağıq.  Təbii ki, Ordumuz üzərinə düşən işin öhdəsindən ləyaqətlə gəlir. Biz də paralel olaraq  beynəlxalq təşkilatların erməni azğınlığına qarşı susmaması üçün fəaliyyətimizi artırmalıyıq. Hər bir ictimai-siyasi  təşkilat Azərbaycanda fəaliyyət göstərən BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq təşkilatı nümayəndələrinə müraciət etməli və onlardan beynəlxalq hüquqa söykənərək Erməni terroruna son qoyulması ilə bağlı səsini  çıxarmasını  tələb etməliyik.  Ölkəmizdə olan bütün səfirliklər bu faciəni görməli və bu terroru təsdiq etməlidirlər”.

F.Əliyev eyni zamanda bidirib ki, beynəlxalq  təşkilatlar 27 ildir ki, Ermənistanı qoruyur, onlara silah verirdilər. Ona görə də səsləri çıxmırdı. Amma belə davam edə bilməz.  Bu gün hamımız sıx birləşməliyik.  Sevindirici haldır ki, Avropada, Amerikada yaşayan soydaşlarımız çox aktivdirlər.  Hər gün Erməni təcavüzünü, erməni terorunu pisləyir və “Qarabağ Azərbaycandır”- deyirlər.  Beynəlxalq aləm bu hərbi cinayətlərə sona qədər susa bilməzlər. Bu reaksiya heç də Ermənistan üçün yaxşı olmayacaq. Biz öz əvəzimizdən də dünyada əməkdaşlıq etdiyimiz partiyalara müraciət etmişik və onlar da çalışırar ki,  baş verən faciələrimiz, işğallarla bağlı öz ölkələrində məlumatlar yaysınlar, ictimaiyyəti məlumatlandırsınlar”.

F.Əliyev belə bir ərəfədə Ermənistanın strateji əməkdaşı olan, eyni zamanda “humanist atəşkəsin” əldə olunması üçün vasitəçilik edən Rusiyanın susqunluğuna,  mövqesizliyinə  birmənalı yanaşmadı.  Partiya sədri eyni zamanda Rusiyada olan diaspora təşkilatalarının da səssizliyinə təəssüflə yanaşdı. O, hesab edir ki,  Rusiya sentyabrın 27-dən başlayaraq Ermənistana aktiv dəstək vermir, Azərbaycanda gedən döyüşlərlə bağlı heç nə danışmırlar.

“Bu gün Sorosun yaratdığı xunta hakimiyyətinin başında Paşiynayn dayanır. Paşinyan Rusiyaya qarşı çıxışlar edir, rus məktəblərini bağlayır və bu da iki dözlət arasında münasibətlərə mənfi təsir edib. “Humanitar atəşkəs” bağlanandan sonra 3 saat keçməmiş atəşkəsi pozdular. Bunu Rusiya özü də gördü. Gördü ki, ermənilərə güvənmək olmaz. Bu gün Ermənistan tam blokadadır. İranın rəsmi dairələrində də bildirirlər ki, Ermənistan işçğalçıdır və Qarabağdan çıxarılmalıdır.  Bu gün ermənilər daha çox Sorosun sözünə qulaq asır. Ermənistan dəstəyi Suriya, Livan terrorçularından, eləcə də lobbi təşkilatlarından,  fondlarından alırlar. Bu gün harda yaşamasından asılı olmayaraq əsas düşmənmiz ermənidir”.

3.1332361698151