Partiya sədri: Mən buna inanmıram
Baku News-unxəbərinə görə, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Hürriyyət TV-ə açıqlama verib.
Aparıcı Fərid İmranlının “Qarabağda 150 erməninin könüllünün nə işi var?” sualına Fuad Əliyev belə cavablandırdı:
“Üç ölkənin bəyanatına görə dekabrın 1-nə gədər bütün erməni silahlı qüvvələr Azərbaycan ərazisindən çıxmalıdır. Bundan qabağ da ermənilər çıxmayacağını və partizan qrupları yaradacaqlarını bəyan edirdilər. Hazırda Ermənistan Silahlı Qüvvələrin böyük hissəsi Azərbaycanı tərk edib. Orada qalanlar isə, necə ki, 28 il ərzində qeyri-qanuni yaşayırdılar, indi də qeyri-qanuni qalıblar. Ermənistan Silahlı Qüvvələrin qalan əsgərləri və yaxud bu könüllülər, silahları yerə qoymasalar, artıq terrorist hesab edildiyinə görə Azərbaycan ordusu tərəfindən tərkisilah olunacaqlar. Bu yaxınlarda da 160-a yaxın erməni-terroristlər ağ bayrağı qaldıraraq, bizim əsgərlər tərəfindən əsir düşmüşdülər. Hamı bilməlidir ki, bundan sonra Azərbaycan Ordusu, qalan bu erməni-terroristlərə qarşı anti-terror əməliyyatlərı aparacaq”.
“Cəmiyyətdə olan narahatlığı başa düşürəm. Buna görə də hamını səbrli, təmkinli olmağa çığırıram. Çünki indi "Qarabağ münaqişəsi" deyilən heç bir şey yoxdur. Mərhələ-mərhələ bütün qalan məsələlər həll olunacaq. Xankəndində artıq qondarma qurumun “bayrağı” endirilib. İşğaldan azad olunan torpaqlarda Azərbaycan qanunları qəbul edən ermənilər qalıb yaşayacaqlar. Qəbul etməyənlər isə o müvəqqəti olan Laçın dəhlizi ilə yola salınacaqlar” - ALDP sədri qeyd etdi.
“36 min qaçqın adı ilə ermənilərin Xankəndinə köçürülmədi nə dərəcədə real görünür?”-sualına Fuad Əliyev belə cavab verdi:
“Mənim fikrimcə, bu şişirdirilmiş rəqəmlərdir. Bunu erməni mətbuatı və Rusiyada ermənipərəst mətbuatı şişirdir. Baxın, ermənilər Kəlbəcər rayonunu boşaldanda, əlavə 10 gün vaxt istəmişdilər. Çünki, Kəlbəcərdə 20 mindən çox erməni məskunlaşmışdı. Indi, necə olur ki, bu qısa müddətdə 36 min insan köçsün. Hesab edirəm ki, bundan narahat olmağa dəyməz. Hətta 100 min erməni köçsün ora. Azərbaycan qanunları işləyəndən sonar, administrativ orqanlar fəaliyyətə başlıyandan sonra, bütün sənədlərə baxılacaq və 1992-ci ilə qədər yaşıyanlar qalacaqlar, qalanları isə Azərbaycandan çıxarılacaqlar.”
Müxbir Fərid İmranlının “Belə söz-söhbətlər gəzir ki, Qarabağa köçürülən ermənilərə Rusiya vətəndaşlıq pasportu veriləcək. Bu nə dərəcədə Azərbaycan üçün təhlükəlidir?” sualı ALDP sədri Fuad Əliyev belə cavab verdi:
“Mən buna inanmıram. İkincisi, mən burada heç bir təhlükə görmürəm. Ermənilər rus pasportu alsalar belə, Rusiya vətəndaşı olaraq bir başa Rusiyaya gedəcəklər. Bu şayiələri ermənilər və Rusiyada olan ermənipərəst qüvvələr yayır. Bir daha qeyd edirəm, bu mümkün olan şey deyil. Və bir daha, Putinin bir neçə dəfə verdiyi bəyanatı yada salmaq istəyirəm – Qarabağ Azərbaycan ərzaisidir. Belə şaiyələrə uymaq və yahşxud reaksiya vermək lazım deyil. Baxın erməni mətbuatında gedən xabərlərə, bütün Ermənistan ayağa galxıb ki, “biz uduzmuşuq, biz kapituliyasiya etmişik, Paşınyan satqındır və s.” kimi etiraz mitinqlər gedir. Bizdə isə bəziləri deyir ki, biz qələbə qazanmamışıq. Bu çox ziyanlı fikirlərdi. Biz tam qələbə qazanmışıq və Ordumuz tərəfindən ərazi bütövlüyü bərpa etmişik.”