Rəşid Alimov: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə sanballı uğurlar qazanıb”

2016-2018-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi olmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rəşid Alimov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC-ın yayımladığı təbrik mətnində deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində sanballı uğurlar qazanıb və beynəlxalq arenada layiqli nüfuza malikdir.

Siz çoxtərəfli mədəni və humanitar əməkdaşlığın gücləndirilməsi və inkişafına, o cümlədən dünya ictimaiyyətinin də böyük ehtiyac duyduğu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə yüksək diqqət göstərirsiniz.

Zati-aliləri, icazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və Azərbaycanın suverenliyinin və dövlətçiliyinin daha da möhkəmlənməsi naminə fəaliyyətinizdə uğurlar, istedadlı və əməksevər Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayım”.

0.29238796234131