Mer seçkilərinin keçirilməsilə bağlı təkliflər hazırlanır

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Bakı şəhər Mer seçkilərinin keçirilməsinin vacib olduğunu Xəbər-PS -a açıqlamasında bildirib.

“Bakı şəhər merinin seçki yolu ilə seçilməsi təkçə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklə bağlı deyil. Seçki ona görə keçirilməlidir ki, Bakı şəhər meriyasının öz büdcəsi, özünün icra strukturları olmalıdır, Bakı şəhər bələdiyəsi yaranmalıdır. Bu icra strukturlar müstəqil, heç bir nazirliyə tabe olmamalıdırlar, ancaq Bakı merinə tabe olmalıdırlar. Görülən işlər vahid mərkəzdən idarə olunmalıdır. Seçkilər keçirilsə və yuxarıda qeyd etdiyim məsələlər həyata keçsə onda Bakı şəhərinin infrastukturun yenidən və düzgün qurulmasına nail olmaq olar. Bakı şəhər mer seçkilərinin keçirilməsilə bağlı təkliflərin hazırlayaraq dövlət strukturlara göndərəcəyik.”- Nizami Verdiyev qeyd etdi.

5.2724058628082