ALDP sədri: O torpaq bizi bir daha bağıslamaz

Baku News xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev işğaldan azad edilən Ağdam şəhərinə səfər edib. ALDP sədri partiyanın Mətbuat Xidmətinə səfər təəssüratlarını bölüşüb.

Fuad Əliyev bildirib ki, Ermənistanın darmadağın etdiyi, viran qoyduğu torpaqlarımızı görmək çox üzücüdür:

“Bir sözlə - dəhşət! Erməni faşistlərin Ağdam şəhərini xarabalığa çevirdiyini öz gözlərimizlə gördük. Qəzəb hissləri sevinc hisslərilə qarışmışdı. Erməni faşistləri qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar, tarixi abidələri yerlə, yeksan ediblır. Ağdam şəhəri və kəndlər isə ümumiyyətlə, sıfırdan bərpa olunmalıdır.  Böyük ərazi minalanıb. Bizi çox ağır bərpa işləri gözləyir. İnanıram ki, bu bərpa işləri sürətli şəkildə aparılacaq. Biz Ağdam faciəni unutmamalıyıq. Unutsaq, onda o torpaq bizi bir daha bağıslamaz.”

"Ermənilər bu vandalizmə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bu təkcə bizə görə yox, bu bəşəriyyətə qarşı cinayətdir"- ALDP sədri bildirdi.

0.32809495925903