Fuad Əliyev: Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur?

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə Novruz bayramından öncə siyasi partiya rəhbərlərinin Ağdamın işğaldan azad edilmiş torpaqlarına aparılması müxalifət düşərgəsində növbəti qalmaqala səbəb olub. Tarixi ərazilərimizə səfər edən partiya rəhbərləri “mənəvi terrora” məruz qalırlar.

Bu prosesdə AXCP və Müsavat daha fəal görünür. Bu partiyaların funksionerləri səviyyəsində Ağdama səfər edənlər ən sərt formada tənqidlərə məruz qalır, hətta bəzi hallarda təhqir də olunurlar. Artıq Müsavat və AXCP bu partiyalara ad da tapıb, “cib müxalifəti”, “avtobus müxalifəti” və s.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat”a açıqlamasında sərt danışdı: 

“Əslində ölkəmizdə əhalinin böyük əksəriyyəti bu partiyaların mövcudluğunu unudub. Müxalifət daxilində gərginliyi müxalifəti parçalayan  bu iki təşkilat yaradıb. Danışmağa bir mövzu tapmırlar. İndi bizim hesabımıza gündəmdə qalmaq istəyirlər. İqtidar qalıb kənarda, bizim fəaliyyətimizi müzakirə edirlər, öz aləmlərində gözdən salırlar. Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur? ALDP olaraq hakimiyyətlə açıq şəkildə mübarizə aparır və açıq şəkildə dialoqda iştirak edirik. Sizin kimi, illər boyu gündüz hakimiyyəti tənqid edib, axşam isə onlarla gizlin görüşməmişik. Sizlər illər boyu xalqı aldadıb, xalqa ümid verib, hakimiyyətlə iş birliyinə getmisiniz, deputat olmusunuz, şəxsi maraqlarınızı təmin etmisiniz. Milli Şuranı yaradıb, özünüzə lider seçdiyiniz İbrahimbəyovun ”ayın əvvəli gəlirəm", “ayın sonu gəlirəm” dediyi yalan sözlər hamımızın yadındadır. Sizlər xalqın son ümidini bununla da qırdınız. Amma xalqımız hər şeyi görür. Xalq lazımi qiyməti verəcək, orada iştirak edənlərə də, etməyənlərə də".

 

2.0205488204956