Partiya sədri: Pandemiya dövründə istədiyimiz tədbirləri keçirə bilmirdik

Siyasi partiyaların fəaliyyətində görünən mövcud durğunluq, kadr çatışmazlığı, yeni, gənc siyasi fiqurların meydana çıxarılmaması ilə də özünü biruzə verir. İctimai-siyasi proseslərin dinamik inkişaf tempi fonunda partiyaların daxili strukturunda ciddi yenilənmələrin olmaması həmin təşkilatların “bir sədr, bir papkası”ndan ibarət olması kimi ironiyanı da önə çəkir.

Siyasi partiyaların işindəki böhran uzun illər gündəmi tutan əsas məsələ olaraq daim müzakirə olunub. Siyasi partiyaların fəaliyyətindəki bu geriləmədə əsas faktor kimi önə çəkilən məqamlardan birinə - partiya sədrlərinin gənc liderlər, siyasətçilər yetişməməsi ilə bağlı məsələyə toxunacağıq.  

Versus.az: Bu gün mətbuatda ancaq partiya sədrlərinin özlərinin müsahibə və çıxışlar etdiyi müşahidə olunur. İslahatlar tələb edən siyasilərin yerli mediaya, eləcə də dünya səviyyəsinə çıxara biləcəyi gənc siyasətçiləri yoxdur? Niyə mətbuata yalnız partiya sədrləri çıxır? Niyə Partiya sədrləri gənclər təşkilatında olan üzvlərini mediaya, ictimaiyyətə tanıtmır?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev belə cəvab verdi:

“Azərbaycan Liberal Demorat Partiyasının Gənclər Təşkilatı siyasi partiyalar arasında ən aktividir. Son 7 il ərzində Gənclər təşkilatımız kifayət qədər maraqlı layihələr, aksiyalar həyata keçirib ki, bu da sosial sferada müəyyən qədər iz qoyub. Müxtəlif mövzularda müəyyən ictimai tədbirlər keçirmişik. Sadəcə olaraq, Gənclər Təşkilatımızın sədri hazırda əsgəri xidmətdədir və yeni sədrin seçilməsi ərəfəsindəyik. Ümumilikdə Gənclər Təşkilatımız öz fəaliyyətini davam etdirir. Yeni kadr axtarışındayıq. Yəqin ki, yaxın günlərdə yeni sədrin təqdimatı olacaq. Pandemiya dövründə istədiyimiz tədbirləri keçirə bilmirdik. Çalışacağıq ki, Gənclər Təşkilatımızın fəaliyyəti də mətbuatda geniş işıqlandırılsın. ALDP öz siyasətini Gənclər Təşkilatının fəliyyəti ilə inkişaf etdirəcək”.

0.062336921691895