ALDP sədri: Ruslar Qarabağın dağlıq hissəsində yaşamayıblar
"Ruslar Qarabağın dağlıq hissəsində yaşamayıblar"
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13” youtube kanalına Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ukraynanın keçmiş rəhbərliyinin səhv siyasəti nəticəsində torpaqların itirilməsinə gətirib çıxartdı.
“Ukrayna və Gürcüstan bizim Vətən müharibəsində qələbəmizdən sonra həvəslənərək öz daxili problemləri – işğalda olan torpaqları azad etmək üçün hərəkətə keçiblər. Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi qapalı müzakirəsi keçirilib. Gürcüstanda hakimiyyət hal-hazırda Rusiyaya loyal siyasət apardığına baxmayaraq, onlar da çalışırlar ki, Rusiya təsirindən çıxsınlar. Abxaziya və Cənubi Osetiyanı qaytarsınlar. Eynilə Ukrayna. Krım, “LNR” və “DNR” işğaldan azad etsinlər. Ukrayna keçmiş rəhbərliyinin səhv siyasəti nəticəsində bu əraziləri “itiriblər”. Beynəlxalq dəstəyi çox zəif idi”- Fuad Əliyev qeyd etdi.
ALDP sədrinin sözlərinə görə, Azərbaycana çox güclü beynəlxalq dəstək olmuşdu. Və bu dəstək bizim qələbəmizi gücləndirdi:
“Qardaş Türkiya və Pakistan, Qoşulmamaq Hərəkatı, nüfuzlu beynəlxalq təşkilatlar və bəzi Avropa ölkələri haqlı olduğumuzu bəyan edərək, bizə dəstəklədilər”
Fuad Əliyevin fikirlərinə görə, Ukrayna Rusiya ilə müharibəyə başlasa, yeni torpaqları itirəcək:
“Mən inanmıram ki, bu gərginlik nəticəsində müharibə olacaq. Müharibə başlasa, onda Ukrayna yeni torpaqlarını itirəcək. Bəzi siyasətçilər keçmiş Qarabağ problemini Gürcüstanda və Ukraynada olan problemlərlə müqayisə edirlər. Bu səhv yanaşmadı və müqaisə olunmayan məsələlərdi. Ermənilər nəyinki Azərbaycana, onlar regiona, Qafqaza gəlmə bir xalqdır. Onları bura məcburu köçürüblər. Bizim qədim torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur hesabına qondarma Ermənistan respublikasını yaradıblar. Sovet dövründə “qardaş köməyi” adı ilə biz ermənilərə və gürcülərə torpaq “bağışladıq”. Ermənilərin Azərbaycanın Qarabağ hissəsinə köçməsi isə bu yaxınlarda 180 illiyi idi. Bunlar hamısı tarixi sübutdur ki, ermənilər bu regiona gəlmə xalqdır. Ukraynada isə məsələ başqadır. Ukraynada Lugansk və Donetskdə yaşıyanlar əksəriyyət ruslar idi”.
Rusiya “DNR” və “LNR” yaşayanlara pasportların verilməsi Qarabağda təkrar oluna bilər sualına ALDP sədri Fuad Əliyev belə cavab verdi:
“Ukraynada yuxarıda qeyd etdiyim kimi, o, ərazilərdə ruslar çoxluq təşkil edirdilər və Rusiya sərhədinə yaxın kompakt yaşayırlar. Bizdə isə, ruslar Qarabağın dağlıq hissəsində yaşamayıblar. Çoxluq təşkil edən xalq biz olmuşuq və azlıq təşkil edən, gəlmə, məcburi köçürülən xalq ermənilər olub. İkinci bir tərəfdən, həm müharibə zamanı, həm də müharibədən sonra Rusiya prezidenti Putinin bir neçə dəfə səsləndirdiyi açıqlamalar olub ki, “Qarabağ Azərbaycan ərazisidir”. Ona görə rus pasportun paylanması mümkün deyil”.