Sülhməramlıların vaxtından əvvəl çıxarılması məsələsi müzakirə olunmalıdır
Baku News xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) bəyanat qəbul edib. Bəyanatda deyilir:
Azərbaycan müzəffər ordusunun 44 gün apardığı Vətən müharibəsində qələbə çaldı. 8 Noyabr bizim erməni faşistlərin üzərində qazandığımız Qələbə günümüzdir. Biz faşızm üzərində olan 9 may Qələbə gününü də qeyd edirik.
ALDP olaraq hesab edirik ki, bu iki Qələbə bayramları günləri xalqımız üçün müqəddəsdir.
Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixində üç dövlət başçılarının imzaladığı Bəyanatda Rusiya sülhməramlıların Laçın dəhlizi və Qarabağın dağlıq hissəsinə yerləşdirilməsini razılığa gəliblər.
ALDP olaraq hesab edir ki, Rusiya öz imzasına sadiq qalmadı. İlk günlərdən Rusiya sülhməramlıları öz missiyasını aşan hərəkətlərə yol veriblər. Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarının Qarabağın dağlıq hissəsində yerləşdirilməsi, heç də birmənalı qarşılanmayıb.
ALDP hesab edir ki, Rusiya sülhməramlılarının 9 May paradı keçirməsi sülhməramlı mandata uyğun deyil və ziddir. Onların müvəqqəti yerləşdiyi ərazi - Azərbaycan ərazisidir. Bu ərazidə başqa dövlətin əsgərlərinin parad keçirilməsi Azərbaycan qanunlara və beynəlxalq qaydalara ziddir.
Azərbaycan “İsgəndər-M” raket qalıqlarının Şuşa şəhərində tapılması ilə bağlı verilən sorğuya cavab almayıb.
ALDP hesab edir ki, Şuşada Rusiyaya məxsus “İsgəndər-M” raketin qalıqlarının tapılması və Rusiya sülhməramlıların mandatına uyğun olmayan hərəkətləri nəzərə alaraq onların Azərbaycandan vaxtından əvvəl çıxarılması məsələsi müzakirə olunmalıdır.