Araik Arutyunyanın Moskvaya qəfil səfəri nə ilə bağlıdır?-Açıqlama

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

- Fuad müəllim, Araik Arutyunyanın Moskvaya qəfil səfəri nə ilə bağlı ola bilər?

- Hesab edirəm ki, bu qeyri-rəsmi səfərdir. Kreml rəsmiləri onunla görüşən deyillər. Burada ola bilər ki, Rusiya xüsusi xidmət orqanları onunla görüşsünlər və müəyyən təlimatlar versinlər. Bu versiyanın üstündə dursaq, onda bu səfər gizli olardı. Ermənistan mətbuatında Araikin Moskvada ev alması ilə bağlı xəbərlər gedib. Ona görə bu məlumatları dəqiqləşdirmək lazımdı ki, bu Araik şəxsi işləri ilə əlaqədər gedib Moskvaya, yoxsa dəvət alıb.

- Araik Arutyunyanın Moskvaya səfəri təxribat kimi qiymətləndirmək olarmı?

- Yanvar ayından başlayaraq Rusiya sülhməramlıların missiyasından kənar fəaliyyəti, “İsgəndər-M” raketin qalıqlarınln Şuşada tapılması, sülhməramlıların 9 may parada hazırlaşması, rəsmi Bakının rəsmi Moskva ilə soyuq münasibətlərə gətirib çıxardıb. İndi Ermənistan hakimiyyəti, separatçılar və Rusiyada ermənipərəst qüvvələr Azərbaycanla Rusiyanı üz-üzə qoymaq, problemli münasibətlərin daha da dərinləşməsinə çalışırlar. Bu baxımdan Araikin səfəri növbəti təxribatlardan biridir. Bu qeyri-səmimiliyi aradan qaldırmaq üçün hər şey Rusiyadan, daha dəqiq desəm, Putindən asılıdır. Biz isə Araikin Qarabağın dağlıq hissəsində "fəaliyyətinə" son qoymalıyıq.

- Fuad müəllim, sizin fikrinizcə, Azərbaycan indiki vəziyyətdə nə etməlidir?

- İlk növbədə biz, bir cəmiyyət olaraq, 44 gün ərzində ordumuzu dəstəkləmişik, indi də bu informasiya, diplomatiya müharibəsində birlikdə mübarizə aparmalıyıq. Bu məsələdə iqtidar-müxalifət bölgüsü olmamalıdır. Biz bu təxribatlara cavab verməliyik və paralel olaraq qabaqlayıcı addımlar atmalıyıq. Rusiya sülhməramlıların missiyasından kənar fəaliyyətinə öz etirazımızı bildirməliyik. Planlaşdırdıqları 9 may hərbi paradın keçirilməməsinə imkan verməməliyik. Biz bir cəmiyyət olaraq Rusiyaya deməliyik ki, bu qeyri-qanuni sülhməramlı missiyasına son qoyulmasa, onda onların vaxtından əvvəl çıxarılması məsələsini qaldıra bilərik. Bunu hamımız açıq şəkildə bildirməliyik.  

0.088876008987427