ALDP sədri həmvətənləri təbrik etdi
Hörmətli həmvətənlər!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Bu ayda insanlar Tanrı qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq.
Əziz həmvətənlər!
Hər şeyə qadir olan Uca Tanrı, bizləri, doğru yoldan və sevdiklərimizdən ayırmasın!
Bu əziz gündə bir daha sizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Uca Tanrı orucunuzu və dualarınızı qəbul etsin!
Hörmətlə,
Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri