ALDP sədri: Laçın dəhlizi və sülhməramlılıarın Azərbaycandakı fəaliyyəti...

"Bir partiya sədri, bir vətəndaş kimi deyə bilərərm ki, ALDP dövlət başçısının arxasında duracaq və 10 noyabr bəyannaməsi də həyata keçəcək".

Bunu dövlət başçısının son çıxışı ilə bağlı Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

ALDP sədri ölkə başçısının çıxışını yüksək dəyərləndirib:

"Yanvar ayından başlayaraq cəmiyyətdə rus sülhməramlılarının fəaliyyəti və 10 noyabr bəyannaməsinin həyata keçirilməsi ilə bağlı olan narahatçılıqları dövlət başçısı öz çıxışında qeyd etdi. Hesab edirəm ki, bu dövrdə dövlət başçısına da xarici dövlətlər tərəfindən müəyyən təzyiqlər olub. Fikrimcə, dövlət başçısı qətiyyətli addımlar atacaq, geri çəkilməyəcək. Bir partiya sədri, bir vətəndaş kimi deyə bilərərm ki, ALDP dövlət başçısının arxasında duracaq və 10 noyabr bəyannaməsi də həyata keçəcək".

F.Əliyev qeyd edib ki, əgər Paşinyan sülh istəyirsə, Ermənistan xalqının rufahını istəyirsə, İlham Əliyev tərəfdindən təklif olunan sülh müqaviləsinə imza atmalıdır:

"Əks təqdirdə Azərbaycan daxilində antiterror əməliyyatları başlayacaq, Ermənistan Azərbaycan sərhəddi daha da gücləndiriləcək, Laçın dəhlizi və sülhməramlılıarın Azərbaycandakı fəaliyyəti də qaldırılacaq. Belə bir mərhələdə normal siyasi partiyanın hər hansı bir formada prezidentə əks mövqe sərgiləyəcəyini düşünmürəm. Demək olar ki, bütün siyasi təşkiatlar 44 gün ərzində dövlət başçısının ətrafında birləşərək hansı müsbət nəticəyə nail ola bildiksə, bu proses bundan sonra da eyni nəticəni verə bilər. Erməni kimi qonşumuz var, indiki zamanda həm diplomatik, həm inforsmasiya müharibəsi gedir. Biz partiyalar olaraq bəyan etmişdik ki, həm diplomatik, həm informasiya müharibəsində dövlətin yanındayıq. Dövlət başçısının ətrafında birləşməliyik".

0.086689949035645