ALDP sədri: Milli Elmlər Akademiyamız o səviyyədə deyil ki, öz tədqiqatlarla dünyaya səs salsın
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News intenet TV kanalın qonağı olub. Verlişdə pandemiya dövründə Səhiyyə Nazirliyi, TƏBİB və Elmlər Akademiyasının fəaliyyəti müzakirə olundu.
Fuad Əliyevin sözlərinə görə Səhiyyə Nazirliyi ilə TƏBİB-in paralel fəaliyyət göstərməsi ziddiyətlidir:
"Pandemiyanın ilk günlərində TƏBİB-in yaranması məntiqsiz olub. Səhiyyə Nazirliyinə alternativ bir qurum yaratdılar. TƏBİB yaranan gündən fəaliyyətini yalanlarla başladı. Vaksinasiyanın könüllü olduğunu bəyan etdilər. Daha sonra könüllülik qalmaq şərtilə vaksinasiyanı mərhələli olacağını dedilər. Yəni ki, birinci yaşlıları, sonra 50 yaş və başqaların vaksinasiya olacağını bəyan etdilər. İndi isə deyirlər ki, vaksinasiya məcburidir. Əgər bu məcburi olacaq idisə, bunu əvvəldən deyərdiz. Niyə bu qədər yalan danışdız, niyə vətəndaşlara bu qədər əziyyət verirsiz, saymırsız?"
ALDP sədrin sözlərinə görə, verdikləri bu səhv qərarların nəticəsində indi səhiyyə müəsisələrində sıxlıq müşahidə olunur:
"Deyirdilər könüllüdir. Vətəndaşlarımız da nə vaxtsa vaksinaya olacağını düşünərək, rahat oturmuşdular. İndi isə sentyabrın 1-dən COVİD pasportu olmayanları ictimai yerlərə və böyük marketlərə buraxmayacaqlarını eşidərək səhiyyə müəsisələrinə axın etdilər və bununla da orda sıxlıq yaranıb. İsti havada növbədə dura bilməyənlərin də əsəbləri korlanır. Kim deyə bilər ki, bu növbədə duranlar hamısı sağlamdı? Bəlkə bu növbələrdə duranların arasında COVİD daşıyıcılar var".
Fuad Əliyev bununla bağlı Azərbaycan Respublikası Baş nazir Əli Əsədova müraciət-məktubu göndərdiyini və bu məktubda COVİD-pasportnan bağlı qərarın noyabrın 1-nə dəyişməyin xahiş etdiyini bildirdi.
ALDP sədri mətbuatda Azərbaycan alimin hazırlayacağı vaksinlə bağlı məlumatına skeptik yanaşaraq bunu dedi:
"Mən də eşitmişəm, amma o alimi tanımıram. Bəlkə də həqiqətən hörmətli alimdir. Mən çox sevinərəm ki, Azərbaycan alimi yeni vaksin icad etsin və bütün dünyaya səs salsın. Amma təəssüf ki bu inandırıcı deyil. Nəyisə icad etmək üçün tədqiqatlar aparmaq lazımdır. Heyvanlar və sonra insanlar üzərində sınaq aparılmalıdır. Yüksək səviyyədə olan labaratoriyalar lazımdır. Bunların heç biri yoxdur Azərbaycanda. İkincisi buna vaxt lazımdır, aylar keçməlidir. Bizim Milli Elmlər Akademiyamız o səviyyədə deyil ki, öz tədqiqatlarla dünyaya səs salsın. Akademiyanın prezidenti Ramiz Mehdiyev elmdən başqa hər işlə məşquldur. İmkanı olan alimlər ölkəni tərk ediblər, imkanı olmayanlar isə evdə oturublar. Savadlı kadırları işdən çıxardıblar. Bir ildən çoxdur ki, pandemiya tuğyan edir, bu müddət ərzində Ramiz Mehdiyev nə iş görüb? Hansı nailiyyətlərə imza atıb? Bu vəzifəyə təyin olunandan sonra ictimai-siyasi məsələlərlə bağlı bəyanatlar verib, bir elmdən danışmayıb".