Rusiyada qaz partlayışından sonra yaşayış binası çökdü – VİDEO

Rusiyanın Belqorod vilayətində qaz partlayışı nətiəsində 4 mərtəbəli yaşayış binası dağılıb.

TASS xəbər verir ki, Yakovlevo qəsəbəsindəki hadisədə 6 nəfər xəsarət alıb, bir nəfərin meyiti dağıntılar altından çıxarılıb.

Qaz qazanında nasazlıq partlayışın səbəbi kimi göstərilib.

İstintaq Komitəsi araşdırmaya başlayıb, prokuratura cinayyət işləri açıb.

0.28261995315552