Dünyanın ən gözəl qızının çimərlik görüntüləri yayıldı - FOTO

Jurnalistlər amerikalı supermodel Bella Hadid və Kendal Cenneri Mayamidə çimərlikdə istirahət zamanı çəkiblər.

Fotoları “Daily Mail” yayımlayıb. 

Kadrlarda dünyanın ən ideal görünüşlü qadını kimi tanınan 23 yaşlı Hadidin amerikalı model Kendal Cenner ilə birlikdə günəşlənməsi və hidrosikldə əylənməsi görünür.

Nəşr bildirir ki, qızlar Floridaya “Art-Bazel” bədii yarmarkasına gediblər.

Qeyd edək ki, oktyabr ayında Bella Hadid dünyanın ən gözəl qızı seçilib. Londonda kosmetik və plastik cərrahiyyə mərkəzinin rəhbəri, doktor Curian De Silva modelin üzünü “qızıl nisbət”lə götürəndə ideala 94,35 faiz yaxın olduğunu bildirib.

0.27629399299622