Taleyin ümidinə tərk edilmiş XVIII əsr abidəsi: Stalinin gizləndiyi Şah Sultan Hüseyn məscidindən FOTOREPORTAJ

Şah Sultan Hüseyn məscidi Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən tarixi-memarlıq abidəsidir.

İbadət evi Səfəvi hökmdarlarından olan Şah Sultan Hüseynin göstərişi ilə inşa edilib.

Birmərtəbəli, kürsülü məscid 4 otaqdan ibarət olub. Bu məscidin digər tarixi əhəmiyyəti isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin İosif Stalini iki dəfə ölümdən xilas edərək, məhz burada gizlətməsindədir.

Bir vaxtlar SSRİ rəhbərlərindən olan Stalini ölümdən qurtaran bu memarlıq abidəsini isə xilas etmək mümkün olmayıb və taleyin ümidinə tərk edilib.

Məscid XX əsrin 30-cu illərində sovet hakimiyyəti tərəfindən bağlanıb. 

FOTO: Firudin Səlimov

0.38291907310486