Leonid Kalaşnikov: “ATƏT-in Minsk qrupu faydasız idi”

“ATƏT-in Minsk qrupunun özünü ləğv etməsi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinə heç bir təsir göstərməyəcək”.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov -a danışıb.

O, ATƏT-in Minsk qrupunu faydasız hesab etdiyini bildirib.

“Bu struktur problemlərin həllinə töhfə verməkdən daha çox, münaqişəni qızışdırırdı”, - deyə politoloq əlavə edib.

L.Kalaşnikov sülh və üçtərəfli sazişin (Rusiya, Azərbaycan və Ermənistan arasında - red.) bağlanmasında ATƏT-in rolunun olmadığını, Rusiyanın isə fəal iştirak etdiyini xatırladıb.

Nair Əliyev

0.31674790382385