Lavrov Mirzoyanla Bakı və İrəvan arasında sülh müqaviləsi üzrə danışıqları müzakirə edib

Aprelin 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, həmçinin regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı gələcək addımları və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı fikir mübadiləsi aparıb.

Bununla yanaşı, telefon söhbətində İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərinə də toxunulub.

0.27377700805664