Əli Əsədov gürcüstanlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

 Görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulandı.

 Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

0.2757260799408