“Qızqaçırtma 3”ün qala gecəsində yaşananlar - FOTO/VİDEO

Ötən axşam “Qızqaçırtma 3” filminin qala gecəsi keçirilib.

Bakunews.media xəbər verir ki, ekran əsərində baş rolları müğənnilər Sevil və Sevinc Səfərova bacıları, aktyorlar Fərda Xudaverdiyev, Kənan Yusifov, Nicat Rəhimov, İlkin Misgərov, Elşən Hacıbabayev oynayıb.

Filmin rejissoru Rüfət Şahbazov bildirib ki, çəkilişlər cənub bölgəsində Lənkəranda baş tutub. O, filmin yüksək büdcə ilə çəkildiyini bildirsə də, rəqəm açıqlamaqdan boyun qaçırıb:

“Şou-biznesin əkiz bacıları, filmin isə gözmuncuğu Sevil və Sevinc Səfərovalardır.

Filmimizə ikinci nəfəsi İlkinlə Nicat verib. Bizim üçün ən çətin yayda hamının ailəsi ilə dənizdə dincəldiyi vaxtda çəkilişdə olmağımız oldu. Yayın cırhacırında, başımıza gün vura-vura işlədik. Ən təhlükəli səhnələrə də biz çəkilmişik. Bizi heç kim əvəz etməyib”.

F.Xudaverdiyev isə ekran əsərinin tamaşaçılar tərəfindən sevildiyi, bəyənildiyi və izləndiyi üçün davamının çəkildiyini diqqətə çatdırıb.

“Qızqaçırtma 3” filminin təqdimatına bir sıra məşhurlar qatılıb.

Rəşad Əliyev

0.29020309448242