Ceyms Şarp: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir” - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Enerji Həftəsinin açılışında iştirak edib və bundan məmnunluğunu bildirib.

Bakunews.media-ın məlumatına görə, bununla bağlı o, özünün “Twitter” hesabından paylaşım edib.

Diplomat Azərbaycanın özünü etibarlı enerji tərəfdaşı kimi sübut etdiyini və Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

“Böyük Britaniya Azərbaycanın COP26-da götürdüyü öhdəlikləri alqışlayır və daha da ambisiyalı hədəflər müəyyən edəcəyinə ümid edir”, - deyə Şarp bildirib.

 

0.33387184143066