Nazirliyin aparatına rəhbərlik müvəqqəti olaraq müşavirə həvalə edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) aparatına rəhbərlik müvəqqəti olaraq Yaşar Hacıyevə tapşırılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, Y.Hacıyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müşaviridir.

O, əvvəllər “Azərkosmos” ASC-nin sədrinin köməkçisi, təşkilati işlər departamentinin direktoru vəzifəsini icra edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 24-də imzaladığı sərəncamla nazirliyin aparat rəhbəri Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

0.3148090839386