Kirayədə yaşadığını deyən icra başçısı dörd minlik kəmər taxır - FOTO

Kirayədə yaşadığını deyən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır. 

Demokrat.az-ın məlumatına görə, kirayədə qalmasından gileylənən İcra Hakimiyyəti başçısının kəməri “Stefano Ricci”dəndir.  

Hazırda sözügedən markanın satış qiyməti iki min avro (təxminən - dörd min AZN) təşkil edir. 

Maraqlıdır, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını deyən Vilyam Hacıyev bəs dörd min manata kəməri necə alıb?! 

Qeyd edək ki, müğənni Vasif Məhərrəmli də həmin markadan istifadə edir. 

0.34968900680542