Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi (DİN)  Ukrayna Ali Radasının keçmiş deputatı və jurnalist İqor Miroşniçenkonu cinayət maddəsi ilə axtarışa verib.

Bu barədə Rusiya DİN-in axtarış-məlumat bazasında paylaşım edilib.

“İqor Mixayloviç Miroşniçenko. Cinayət Məcəlləsinin - maddəsi ilə axtarışa verilib”, - deyə məlumatda bildirilib. Məlumat bazasında axtarışın hansı maddə əsasında aparıldığı isə göstərilməyib.

Qeyd edək ki, 2012-2014-cü illərdə Miroşniçenko VII çağırış Ukrayna Ali Radasının deputatı, 2015-2020-ci illərdə isə Kiyev Şəhər Şurasının “Svoboda” millətçi partiyasından deputatı olub.

Sabiq deputatın adı dəfələrlə qalmaqallarda hallanıb. 2013-cü ilin fevralında İqor Miroşniçenko “Svoboda”nın digər üzvləri ilə birlikdə Sum vilayətinin Axtırka şəhərində yük maşını və polad kəndirdən istifadə edərək Leninin abidəsini söküb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, Miroşniçenko deputat toxunulmazlığından istifadə edərək şəxsən özü abidənin üzərinə çıxıb və kəndiri bərkidib.

Xatırladaq ki, Rusiya DİN daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və keçmiş prezidenti Petro Poroşenkonu, həmçinin Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkini, Ali Radanın keçmiş spikeri Vladimir Qroysmanı və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq rəhbəri Aleksey Danilovu da axtarışa verib.

Mənbə: TASS

0.33208107948303