Abşeronda sürücü 79 yaşlı piyadanı vurub öldürdü, hadisə yerindən qaçdı

Abşeronda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Bakunews.media-a verilən məlumata görə, dekabrın 22-si, saat 18 radələrində Qobu qəsəbəsi, “Yeni Qobu” avtomobil yolunda piyada 1940-cı il təvəllüdlü Əliyeva Xalidə Fətəli qızını vuraraq hadisə yerindən qaçıb.

Hadisə nəticəsində piyada ölüb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel Vektra” markalı 10-UE-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zəkiyev Elnur Zabit oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Zəkiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dursun Tağıyeva

0.36992001533508