Kralın keçmiş kürəkəni intihar etdi

Norveç şahzadəsi Marta Luizanın keçmiş əri, yazıçı Ari Ben intihar edib.

Bu barədə NRK xəbər yayımlayıb.

Onun 47 yaşı olub. Kral Harald və kraliça Sonya keçmiş kürəkənlərinin ölümü ilə əlaqədar başsağlığı veriblər. Ailə təmsilçisi  ictimaiyyətdən Benin doğmalarının özəl həyatına hörmətlə yanaşmalarını istəyib.

Qeyd edək ki, “İnferno” romanı yazıçının son kitabı olub. Ari Ben bu kitabın onun daxili vəziyyətini güclü şəkildə əks etdirdiyini demişdi.

Marta Luiza Ari Ben ilə 2002-ci ildə evlənib. Onların üç qızı dünyaya gəlib. 2016-cı ildə cütlük boşanıb və bir müddət sonra şahzadə amerikalı Şaman Durek ilə münasibətlərə başlayıb.

0.40893816947937