Aleksey Navalnı növbəti dəfə saxlanılıb

Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnı Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

TASS agentliyi bu barədə siyasətçinin mətbuat katibi Kiru Yarmışa istinadən məlumat yayıb.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanovun vəkili axtarış barədə məlumatlı olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi oktyabrın 9-da Korrupsiyaya Qarşı Mübarizə Fondunu xaricdən maliyyələşən qeyri-kommersiya təşkilatının reyestrinə daxil edib.

Nazirliyin məlumatına əsasən, təşkilat siyasi fəaliyyətlə məşğul olur və xaricdən maliyyələşir. 

0.35429811477661