Dörd qız 2019-cu ili “qaydasız döyüşlə” başa vurdu - VİDEO

Sosial şəbəkələrdə rəfiqələrinin qəddarcasına hücumuna məruz qalan 13 yaşlı qız barədə video böyük müzakirələrə səbəb olub.

Bu barədə kadrları “Daily Mail” yayıb.

Hadisənin Böyük Britaniyada baş verdiyi bildirilir.

Kadrlarda üç yeniyetmə qızın öz həmyaşıdlarını döyməsi əks olunub.

Qız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində zərərçəkənin kəllə sümüyünün sındığı və tənəffüs problemi yarandığı bildirilir.

Baş verənlərlə əlaqədar polis araşdırmalara başlayıb.

1.0472459793091