Xüsusi təyinatlılar qaçıb gizləndilər - VİDEO
Sosial şəbəkələrdə ABŞ səfirliyinin içərisində gizlənən elit bölmənin əsgərlərinin görüntüləri yayılıb.
“Ren TV”nin məlumatına görə, İraqdakı diplomatik missiyadan olan kadrlar “Tvitter”də yayımlanıb.
Qeyd edək ki, dekabrın 31-də İraqdakı ABŞ səfirliyi ətrafında iğtişaşlar başlayıb. Yüzlərlə insan əllərində "Molotov kokteyli" səfirliyin binasını mühasirəyə alıb.
Binanın mühafizəçilərindən olan iraqlı və amerikalı hərbçilər səfirliyin ərazisinə sığınıblar.
İraq sakinləri ABŞ-a məxsus təyyarələrin yerli könüllülərin mövqelərinə hücumlara etiraz edirlər.
Nümayişçilər hasara od vurublar, ABŞ bayrağını cırırlar və binaya zibil atırlar.
Hüquq mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edərək nümayişçiləri dağıtmağa çalışır.