2019-cu ildə aviaqəzalarda ölənlərin sayı açıqlandı

2019-cu ildə aviaqəza qurbanlarının sayı 257 nəfər olub.

“Lenta.ru” xəbər verir ki, bu rəqəmlər Niderlandın “To70” konsaltinq kompaniyasının hazırladığı “2019 mülki aviasiya icmalı”  illik hesabatında əks olunub.

Təşkilatın məlumatına görə, ümumilikdə 2019-cu il ərzində dünyada 86 aviasiya qəzası baş verib ki, onlardan 8-i ölümlə nəticələnib. Bu göstərici əvvəlki illə müqayisədə demək olar ki, 2 dəfə azalıb. Belə ki, 2018-ci ildə 157 bədbəxt hadisə baş verib və bu hadisələr zamanı 534 nəfər həlak olub.

Ümumilikdə 2019-cu ildə həyata keçirilən hər 5.5 milyon aviareysə yalnız bir ölümcül qəza düşüb.

0.99913096427917