Bekhemin 2020-ci ildə necə görünəcəyi ilə bağlı 22 il öncə verilən proqnoz - FOTO

Devid Bekhemin sosial şəbəkələrdə yayılan qəribə şəkli müzakirə mövzusuna çevrilib.

Belə ki, məşhur “ForForTour” jurnalının 1998-ci ildə çıxan nömrəsində ingiltərəli futbolçunun 22 il sonra, 2020-ci ildə necə görünəcəyi ehtimal olunan şəkli çıxmışdı. Etiraf edək ki, orijinal ehtimal olunan nümunədən daha yaxşıdır. 

Şəkli “Ian Walker” nikli istifadəçi özünün “Twitter” səhifəsində yerləşdirib. 

“Köhnə jurnallara göz gəzdirək. “FourFourTwo” jurnalının 1998-ci il nömrəsi. Bu da onların Bekhemin 2020-ci ildə necə görünəcəyi ilə bağlı təxəyyülü”, - deyə istifadəçi yazıb.

0.68013095855713