Yemelyanenkonun nokauta yolladığı döyüşçü gecə klubunda havaya pul səpdi - VİDEO

MMA (qarışıq döyüş növləri) üzrə amerikalı döyüşçü Kuinton Cekson gecə klubunda havaya pul səpib. 

Cekson Yeni il gecəsindən olan videonu özünün “Instagram” səhifəsində yerləşdirib. 

Rolikdə o, əlində bir dəstə pulla kütlənin əhatəsində dayanıb, yuxarıdan isə serpantin tökülür. Sonra isə döyüşçü əlindəki pulları havaya səpməyə başlayır.

Xatırladaq ki, dekabrın 29-da tanınmış rusiyalı döyüşçü Fedor Yemelyanenko “Saytama Arena” stadionunda ilk turdaca Ceksonu nokauta yollamışdı.

0.28924202919006