Pompeo: Süleymaninin ölümünə sevinən iraqlılar küçədə rəqs edir - VİDEO
ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo bildirib ki, Qasım Süleymaninin ölümünə sevinən iraqlılar küçədə rəqs edir.
O, Süleymaninin öldürülməsinə münasibətini “Twitter” hesabında belə ifadə edib:
“Azadlığı dəstəkləyən iraqlılar küçələrdə rəqs edirlər. General Süleymaninin artıq olmadığına görə minnətdarlıq bildirirlər”.
Eyni zamanda, Pompeo küçələrdə İraq bayraqlarını daşıyaraq qaçan insanları əks etdirən video da yayıb.