Bu ilin ilk Ay tutulması başlayır

2020-ci ilin ilk Ay tutulması başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Bakunews.media-a bildirilib ki, birinci Ay tutulması  yanvarın 10-dan 11-nə keçən gecə baş verir.

Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi yanvarın 10-da saat 21:08-də başlayır və yanvarın 11-i saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

2020-ci ildə dörd Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.. 

İkinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-sına keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulmasıdır.

İlhamə Əbülfət

0.36787915229797