Abşeronda 55 yaşlı qadını avtomobil vurdu

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  

Bakunews.media xəbər verir ki, qəza Masazır qəsəbəsində qeydə alınıb. 

Belə ki, minik avtomobili 1965-ci il təvəllüdlü Mirvari İsayevanı vuraraq ağır xəsarət yetirib.  

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli 

1.0358262062073