Fuad Əliyev: Nəzarət-keçid məntəqəsinin qurulması Qarabağda situasiyanın tamamilə dəyişəcək

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması ilə bağlı münasibət bildirib:

“Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması Qarabağda situasiyanın tamamilə dəyişəcək. Prezident İlham Əliyev deyib ki, bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Zaman-zaman rəsmi Bakı qarşısına qoyduğu məqsədlərinə çatacaq, buna gücü var. Bakı Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurmaqla Xankəndidəki separatçıların buna qədər nəzarətə götürülən xariclə əlaqələrini  tamamilə kəsdi.

Bununla da Azərbaycan 44 günlük müharibədən sonra Qarabağda ən ciddi gedişini etdi. Bu münasibətlə xalqımızı təbrik edirəm. Qalibiyyətlərimiz davam edir. Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”

0.047182083129883