Fuad Əliyev kino və teatr işçilərin problemlərilə yaxından tanış oldu

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Azərbaycan Respubilkasının Əməkdar Mədəniyyət İşçisi, tanınmış kinorejissor Çinqiz Həsənovla görüşüb.

Görüşdə Fuad Əliyev Müstəqil Həmkarlar Birliyi haqqında ətraflı məlumat verəndən sonra, mədəniyyət və kino işçilərin problemləriylə bağlı maraqlanıb. Çinqiz Həsənov teatr və kino işçilərinin üzləşdiyi problemlərdən danışaraq mövcud olan boşluqları qeyd edib.

Fuad Əliyev öz növbəsində bildirib:

“Prezident İlham Əliyev bildirmişdir ki,- “Hər bir ölkənin mənəvi, mədəni həyatı ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha böyük diqqət göstərilməlidir.” Bəli bu istiqamətdə müəyyən uğurlu işlər görülüb və görülür. Amma bəzi məsələlər var ki, mədəniyyət işçilərinin xırda bir problemləri həll olunmayaraq qalır və vaxt keçdikcə o böyük bir problemə çevrilir. Məqsədimiz bu tipli problemlərin qarşısını almaqdır. Buna nail olaraq biz həm mədəniyyət işçilərinin problemlərini həll edirik, həm də müəyyən problemlərin həllini öz üzərimizə götürərək, dövlətə dəstək oluruq”.

Görüşün sonunda tərəflər mütamadi olaraq görüşlərin keçirilməsinə razılaşıblar.

Görüşdə Müstəqil Həmkarlar Birliyinin sədr müavinlər Xəzər Teyyublu və Əhməd Rəhmanov iştrak ediblər.

0.048984050750732