#MehribanMay xeyriyyə aksiyasına start verilib

#MehribanMay Müstəqil Həmkarlar Birliyi (MHB) hər kəsi Qocalar Evinin sakinlərinə əsl bayram bəxş etməyə dəvət edir!

MHB #MehribanMay xeyriyyə aksiyasına başladığını elan edir
Layihə Təqaüd Yaşına Çatmış Şəxslərə Yardım Müəssisəsinin (Qocalar Evi) sakinləri üçün nəzərdə tutulub.
Aksiyanın məqsədi cəmiyyətin xüsusi diqqətinə ehtiyacı olan ahılları hərarətimizlə sevindirməkdir. Onlar üçün konsertlər keçirmək də nəzərdə tutulub.
Hazırda qurumda 65 yaşdan 94 yaşa qədər 230-a yaxın insan var. Onların 90 faizindən çoxu 80 yaşdan yuxarı insanlardır.
MHB yaşlılar üçün geyim, ayaqqabı, yataq dəstləri, milli şirniyyatlardan tutmuş müxtəlif hədiyyələr, eləcə də maddi yardım toplamağı planlaşdırır.
Məqsədlilik prinsipini təmin etmək üçün MHB-nin əməkdaşları həm rəhbərlik, həm də qurumun sakinləri ilə daimi əlaqədə olacaqlar.
#MehribanMay xeyriyyə aksiyasında iştrak etmək istəyən hər kəs İanə, paltar, ayaqqabı, şirniyyat və digər hədiyyələri bu ünvana gətirə bilər: Nizami rayonu, küç. Əzim Əzimzadə 4, 3-cü mərtəbə. MHB (Müstəqil Həmkarlar Birliyi).
WhatsApp: +99455 556 25 42
0.04670786857605