Əsəbi beysbolçu kütləvi davaya səbəb oldu - VİDEO

Venesuelalı beysbolçu Aleks Romero ölkənin Professional liqasının oyunu zamanı  rəqibini dəyənəklə vurub və kütləvi davanın yaranmasına səbəb olub.

Video “Sky Sports”un “Instagram ” səhifəsində yerləşdirilib.

Oyun zamanl pitçer Angel Nesbitt topla yüngülcə Romeroya vurub. Bundan əsəbiləşən venesuealı yanında dayanan ketçer Qabriel Linonu dəyənəklə vurmağa başlayıb. Məsələyə hər iki komandanın oyunçuları da qatılmalı olub və beləliklə, kütləvi dava qızışıb.

“The Sun”ın məlumatına əsasən, baş verənlər bütün oyun ərzində get-gedə güclənən münaqişənin nəticəsi idi. Qeyd edilir ki, davaya görə altı oyunçu meydandan kənarlaşdırılıb.  

0.35579800605774