Bakıda 1 May bayramı qeyd olundu

Müstəqil Həmkarlar Birliyi 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi gününü “Sülh”, “Əmək”, "Rifah", “Sosial hüquqlarımızı tanıyaq” şuarları altında qeyd edib.

Tədbir Heydər Əliyev adına Neft Emalı Zavodunun yaxınlığında yerləşən Fəhlə abidəsinin önündə keçirilib.

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev jurnalistlərə  bildirib:

“Həmkarlar Birliyi sosial ədalət ideyalarını dəstəkləməkdə davam edir. Biz hər bir insanın ləyaqətli həyatı naminə daxili iqtisadiyyatın gücləndirilməsində, sosial tərəfdaşlığın inkişafında maraqlıyıq. Ölkə üçün çətin anlarda ən mühüm vəzifə həmkarların üzərinə düşür. Qarşıya qoyulan vəzifələr yalnız işləyən şəxslərə hörmət və onlar üçün layiqli əmək şəraitinin yaradılması şəraitində yerinə yetiriləcək”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müstəqil Həmkarlar Birliyinin tədbirin keçirilməsilə bağlı müraciətinə baxaraq etiraz etməyib.

0.055981159210205