Qusarda avtomobil aşdı, yaralının köməyinə FHN çatdı

Qusar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bakunews.media-a Fövqəladə Hallar Nazirliyinin rəsmi saytından verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunda VAZ markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.  

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

0.29196095466614