İki bələdiyyənin “bəxti gətirmədi”
2019-cu ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində tam formalaşmamış bələdiyyələrin siyahısı müəyyənləşib.
Bakunews.media-ın məlumatına görə, bu barədə 23 dekabr 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunda bildirilib.
Onlardan biri 80 saylı İmişli-Beyləqan seçki dairəsinin Şərq bələdiyyəsi, digəri isə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin Gurbulaq bələdiyyəsidir.
Aqşin Kərimov