Bakıda qayınata keçmiş kürəkənini döyərək xəsarət yetirib

Sabunçu rayonunda keçmiş qohumlar arasında mübahisə baş verib.

Hadisə Elşən Mehdiyev küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Cəfərov Namiq Mədət oğlu keçmiş kürəkəni, 1989-cu il təvəllüdlü Mahmudov Elgün Rüstəm oğlu ilə mübahisə edib.

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı kişi keçmiş kürəkənini döyərək ağır xəsarət yetirib. Nəticədə keçmiş qohumların hər ikisi baş nahiyəsindən xəsarət alıblar.

Yaralılar 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Hər iki yaralıya başın əzilmiş-cırılmış yaraları diaqnozu qoyulub.

İlkin məlumata görə, mübahisə aliment məsələsi üstündə yaranıb. Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

0.30800700187683