"Buta Palace"ın yaxınlığında 2 avtomobil toqquşdu, xəsarət alan var
Suraxanı rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Bakunews.media xəbər verir ki, qəza "Buta Palace"ın yaxınlığında qeydə alınıb.
2 minik avtomobilinin toqquşması nəticəsində 32 yaşlı İlqar Tağıyev xəsarət alıb.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Kamil Əmirli